Rusların növbəti şərtləri daha da sərt olacaq...

Ukrayna əlverişli şərtlərlə sülhü əldən verdi, növbəti dəfə ondan təslim olmaq istəniləcək..?

...Belə görünür ki, bu gün Ukraynalılar onlara təklif edilən ən yaxşı sövdələşməni də əldən verirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson “Deep Dive” podkastına müsahibəsində bildirib.

Onun dediyinə görə, o vaxt, 2022-ci ilin martında Moskva Kiyevə münaqişənin ən əlverişli həllini təklif etdi, lakin bu plan rədd cavabı aldı.

..Gərək ki, yadınızda olar, o vaxt ruslar, “...yaxşı, biz qoşunlarımızı çıxaracağıq, Luqansk və Donetski öz nəzarətinizə qaytaracaqsınız. Onların müəyyən qədər müstəqilliyi olacaq, hüquqları qorunacaq və biz qoşunları çıxaracağıq, -demişdilər.

Həmən ərəfədə Ukraynanın cavab reaksiya belə oldu: “Xeyr! Biz bununla razılaşmayacağıq!”

...İndi isə Rusiya deyir ki, yaxşı, biz Donetski, Luqanski, Xersonu, Zaporojyeni saxlayırıq. Siz isə qoşunlarınızı çıxarın!

...Diqqət yetirdiniz, indi artıq ruslar qoşunlarını geri çəkməkdən danışmırlar.

Moskva həm də Kiyevin NATO-dan uzaq durmasını tələb edir.

...Bu da dərhal rədd edildi!

...Rusiya belə bir şey təklif etməyə necə cürət edir? O necə bilər? O, hansı vəzifələrdədir?

Amma, amma... reallıq budur ki, o, hazırda ruslar bu əraziləri işğal edir, sistemli şəkildə ukraynalıları öldürür və onları geri çəkilməyə məcbur edir.

...Consona görə, növbəti addım rusların qeyd etmədiyi bir şey ola bilər. Axı onlar Odessa haqqında hələ ki, heç nə demədilər, Kiyev haqqında heç nə demədilər. Kiyev Rusiyanın şəhəridir. Yaxşı olar ki, Qərb bunu heç vaxt unutmasın. Onu nə qədər Ukraynanın müqəddəs simvolu elan etsələr də, bu, doğru deyil. Min ildən çox əvvəl Rusiyada xristianlığın doğulduğu yer Kiyev olub(?). O vaxt Ukrayna yox idi. Ukrayna bu yaxınlarda yaradılıb.

...Deməli, Putin bunu danışıqlar predmeti kimi qeyd etməyib. Müzakirə üçün nəzərdə tutulanlar indi müzakirə olunmayacaq. Mən sizə zəmanət verirəm. Beləliklə, növbəti mərhələ, onlar qayıdanda, yəqin ki, Ukraynanın qeyd-şərtsiz təslim olması məsələsi olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə