Rutte sabah rəsmi olaraq NATO-nun yeni baş katibi olacaq

Stoltenberq oktyabrın 1-də vəzifəsini rəsmən tərk edəcək

Hollandiyanın baş naziri Mark Rutte iyunun 26-da rəsmi olaraq NATO-nun yeni baş katibi olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə çərşənbə axşamı, iyunun 25-də Barron's AFP agentliyinə istinadən bildirib.

Agentliyin mənbələrinin qeyd etdiyi kimi, NATO-ya üzv olan 32 ölkənin hamısının daimi nümayəndələri Ruttenin təyinatını rəsmən təsdiqləyiblər.

O, rəsmi olaraq oktyabrın 1-də Yens Stoltenberqi əvəzləyəcək.

İyunun 20-də Bloomberg yazıb ki, Rutte Rumıniya prezidenti Klaus İohannis öz namizədliyini geri götürdüyünü elan etdikdən sonra alyansın növbəti baş katibi olmaq üçün NATO üzv ölkələrindən yekdil dəstək alıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə