İsrail məhkəməsi ultra-pravoslavları da orduya çağıracaq..?

İsrailin Ali Məhkəməsi yekdil qərarla hökumətə 1986-cı il ordu qanununun son variantına uyğun olaraq ultra-pravoslav yəhudiləri ümumi əsaslarla orduya çağırmağı əmr edib.

Məhkəmənin hökmündə deyilir ki, yeşiva tələbələri ilə hərbi xidmətə çağırılan digər israillilər arasında fərq qoymağa əsas yoxdur.

Bundan əlavə, xidməti təhsildən azad olmayanların təhsil aldığı təhsil müəssisələrinin maliyyələşdirilməsi dayandırılacaq.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Yeşiva tələbələri üçün möhlət verilməsinə zəmanət verən qanun 1949-cu ildə qəbul edilib. Həmin dövrdə hərbi xidmətə çağırışa tabe olmayan pravoslav tələbələrin sayı təxminən 400 nəfər idi.

...Və 2023-cü ilin sonunda onların sayı 63 minə çatıb.

2017-ci ildə Ali Məhkəmə ultra-pravoslavların orduya çağırılmamasına icazə verən qanunu ləğv etdi, lakin Benyamin Netanyahu hökuməti xüsusi fərmanlar vasitəsilə mütəmadi olaraq möhlətləri uzatdı. Ali Məhkəmənin bugünkü qərarından sonra bu, artıq mümkün olmayacaq.

Dini partiyaların nümayəndələri hakimlərin Tövratın öyrənilməsinin əhəmiyyətini anlamadıqlarını qeyd edərək, qərarı tənqid ediblər..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə