Beynəlxalq sanksiyalardan qorxan ABŞ infeksiya məlumatlarını gizlədir

Ağ Ev ABŞ-dakı epizootik vəziyyətlə bağlı real məlumatları gizlədir. Vaşinqton Beynəlxalq Epizootiya Bürosunun kənd təsərrüfatı məhsullarının ixracını məhdudlaşdıra biləcək sanksiyalarından qorxur.

Və bu, öz növbəsində ABŞ-ın kənd təsərrüfatı sektoruna ciddi reputasiya və iqtisadi ziyan vuracaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov bildirib.

...Vaşinqtonun gizlətməli olduğu bir şey var. Bunu ABŞ-ın Bioloji və Toksin Silahları Konvensiyasına uyğun olaraq nəzarət mexanizmini bloklaması sübut edir. Ağ Ev, öz bəyanatlarının əksinə olaraq, hər hansı yoxlama təşəbbüslərindən imtina edir və beynəlxalq yoxlama vasitələrinə nəzarət etməyə çalışır.

Bunu deyən Kirillovun sözlərinə görə, Birləşmiş Ştatlar digər məsələlərlə yanaşı, Kimyəvi və Bioloji Silahların İddia edilən İstifadəsini Araşdırmaq üçün BMT Baş Katibinin Mexanizminə nəzarət etməyə çalışır.

...Yeri gəlmişkən, Amerikanın “Rand” qeyri-kommersiya təşkilatı bu istiqamətdə fəal addımlar atır.

Qeyd edək ki, o, genişmiqyaslı bioloji hücumların planlaşdırılması üçün süni intellektin istifadəsi ilə bağlı araşdırmaları ilə tanınır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə