Ötən il Almaniyada müsəlmanlara qarşı qeydə alınan hadisələr...

Ötən il Almaniyada müsəlmanlara qarşı qeydə alınan hadisələr...

Almaniyada fəaliyyət göstərən İslam və Müsəlman Düşmənliyinə Qarşı Alyansın (CLAİM) hazırladığı hesabatda ölkədə hər gün orta hesabla 5-dən çox anti-müsəlman hadisəsinin baş verdiyi bildirilib.

SİA-nın əldə etdiyi məlumata görə, ötən il ümumilikdə 1926 anti-müsəlman hadisəsi qeydə alınıb və onlardan təxminən 90-nı məscid, müsəlman qəbiristanlığı və restoran kimi yerlərə hücumlar olub.

Müsəlmanlara qarşı 1926 irqçi hadisənin sayı 2022-ci ilə nisbətən 114 ədəd artıb. Bu vəziyyət son dərəcə narahatedici prosesdir.

Qeydə alınmayan hallar daha çoxdur.

Hesabatda daha sonra yazılır: “İnsanlar müsəlman olduqları üçün hədəfə alınırlar. Bu hallar İsrailin Qəzzaya hücumlarının başladığı 7 oktyabr 2023-cü il tarixindən sonra sürətlə artıb. Təkcı 7 oktyabr - 31 dekabr arasında müsəlmanlara qarşı 679 hadisənin qeydə alınıb. Baş verən hadisələrdən zərər çəkənlərin 62 faizi qadınlardır".

CLAİM-in direktoru Rima Hanano sözügedən mövzu ilə bağlı deyib: “2023-cü ildə müsəlmanlara qarşı hücumlar və ayrı-seçkilik böyük dərəcədə artıb. Küçələr, avtobuslar və məscidlər belə artıq müsəlmanlar üçün təhlükəsiz yerlər deyil."

Bütün xəbərlər Facebook səhifəmizdə