Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden Texas ştatında bir qadının Fələstin əsilli müsəlman olduğu üçün 3 yaşlı uşağı boğmağa cəhd etməsindən narahatlığını ifadə edib.
SİA-nın əldə etdiyi məlumata görə, Bayden sosial media platforması "X" hesabında Fələstin əsilli müsəlman uşağa edilən hücumla bağlı açıqlama verib. Sözügedən hadisədən dərin narahatlığını bildirən Bayden deyib: “Heç bir uşaq şiddətli hücuma məruz qalmamalıdır. Ürəyim onun ailəsi ilə birlikdədir”.
Mayın 19-da Fələstin əsilli ana ilə 3 və 6 yaşlı uşaqları yaşadıqları kompleksin hovuzunda qarşılaşdıqları amerikalı Elizabet Volfun əvvəlcə irqçi ifadələri, daha sonra hücumuna məruz qalıblar. 6 yaşlı uşaq hücüm edənin əlindən çətinliklə xilas olub, ancaq Volf 3 yaşlı uşağı suya basıb. Ana və uşaqları hadisə yerində olan bir afroamerikalı xilas edib.
42 yaşlı Elizabet Volf "adam öldürməyə cəhd" ittihamı ilə saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə