Türkiyə Silahlı Qüvvələri PKK-ya ağır zərbələr endirib

Suriyanın şimalındakı ''Fərat qalxanı'' əməliyyatı bölgəsində təsbit edilən 4 PKK/YPG terrorçusu ilə ''Pəncə-Kilid'' əməliyyatı bölgəsində təsbit edilən 3 PKK terrorçusu zərərsizləşdirilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.
"Terrora və terrorçulara heç bir yerdə keçid yoxdur! Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı ''Fərat qalxanı'' əməliyyatı bölgəsində təsbit etdiyi 4 PKK/YPG terrorçusu ilə "Pəncə-Kilid'' əməliyyatı bölgəsində təsbit etdiyi 3 PKK terrorçusunu zərərsizləşdirib''.

Bütün xəbərlər Facebook səhifəmizdə