Dünyanın ən hündür iti vəfat edib

ABŞ-da yaşayan "Kevin" adlı danimarkalı it bu yaxınlarda "Ginnesin Rekordlar" Kitabı tərəfindən dünyanın ən hündür iti seçilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Ginnesin Rekordlar" Kitabı tərəfindən edilən açıqlamada Kevinin dünyasını dəyişdiyi açıqlanıb.

Sözügedən it martın 20-də dünyanın ən uzun iti adını qazanıb. Böyük Dane itlərinin ümumiyyətlə 76 santimetr boyu olduğu məlumdur. Dünən verilən açıqlamaya görə, isə "Kevin" əməliyyatdan sonra dünyasını dəyişib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə