53 yaşlı fil baxıcısına hücum edərək öldürüb

Hindistanın Kerala əyalətinin İdukki bölgəsindəki Kallar rayonunda fil öz baxıcısını öldürüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 53 yaşlı fil onun ayaqlarına vuran baxıcısına ölümcül hücum edib.

Fili bağlamaq istəyən baxıcının 62 yaşlı M Balakrişnan olduğu müəyyənləşib.

Faciəvi hadisə ilə əlaqədar safari parkına qarşı istintaq başladılıb. Meşə Təsərrüfatı Nazirliyi tərəfindən parkın dərhal bağlanması tapşırılıb.

Filin sahibi Kottayam rayonunun Erumeli sakini A. H. Cəlaludin olub.

Bütün xəbərlər Facebook səhifəmizdə