Kürəkən bütün ailə üzvlərini qətlə yetirdi

Kürəkən bütün ailə üzvlərini qətlə yetirdi

Türkiyənin Adana şəhərində bir kişi həyat yoldaşını və 3 ailə üzvünü güllələyərək öldürüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, həmin şəxs anası, atası və körpəsi ilə İraqa qaçmaq istəyərkən Hatayda saxlanılıb.

Boşanma prosesində olduğu həyat yoldaşı, qayınana, qayınata və baldızını öldürən, daha sonra körpəsi ilə birlikdə qaçan Hakim Abanın adlı cinayətkarın ifadəsi məlum olub.

Qətl şübhəlisinin ifadəsində "Səhər mübahisə etdik, mübahisə böyüdü, ailələr araya girdi. Məni əsəbləşdirdilər, hamını öldürdüm, peşmanam" dediyi öyrənilib.

Qətl şübhəlisi ifadəsinin ardından ədliyyəyə sövq edilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə