Şahzadə xəstəxanaya yerləşdirildi

İngiltərə kralı III Çarlzın bacısı şahzadə Anna evdə keçirdiyi qəzadan sonra beyin silkələnməsi və yüngül xəsarətlər aldığı üçün xəstəxanaya yerləşdirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Bukingem Sarayından verilən açıqlamaya görə, 73 yaşlı şahzadə Anna ötən gecə Qlosterşir əyalətindəki Gatcombe Park malikanəsində qəza keçirib.

Qəzadan sonra şahzadə Anna beyin sarsıntısı və yüngül xəsarətlərlə Bristoldakı Southmead xəstəxanasına aparılıb. Kral Çarlza bacısının vəziyyəti ilə bağlı tez-tez məlumat verildiyi qeyd edilib. Saray sözçüsü tərəfindən verilən açıqlamada Şahzadə Annanın vəziyyətinin yaxşı olduğu və müşahidə üçün xəstəxanada saxlandığı bildirilib. Həkimlər əksini bildirmədiyi təqdirdə müalicənin Southmead Xəstəxanasında davam edəcəyini ifadə edən Bukingem Sarayının sözçüsü, həkimlərin hesabatı ilə Şahzadənin rəsmi proqramlarının təxirə salındığını və onun şərəfinə təşkil ediləcək naharda iştirak etməyəcəyini bildirib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə