Ermənistanın ÜDM-i sürətlə böyüyür

Ermənistanın ümumi daxili məhsulu (ÜDM) 5 il ərzində təxminən 9 milyard dollar artacaq. SİA xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun proqnozunda bildirilir. Fondun mütəxəssislərinin proqnozlarına görə, 2024-cü ildə Ermənistanın ÜDM-i 25,2 milyard, 2025-ci ildə 26,9 mlrd., 2026-cı ildə 28,9 mlrd., 2027-ci ildə 31 milyard, 2028-ci ildə 33,3 mlrd., 2029-cu ildə 35,8 mlrd. dollar təşkil edəcək.

Qeyd edək ki, Rusiyaya tətbiq edilən sanksiyaların dəlinməsində müstəsna rol oynayan Ermənistan bu əməliyyatlardan milyardlarla dollar gəlir əldə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə