Pentaqon rəhbəri israilli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək

ABŞ-nin müdafiə katibi Lloyd Ostin Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün israilli həmkarı Yoav Qallantla görüşəcək. SİA-nın Müdafiə Departamentinə istinadən verdiyi məlumata görə, görüş Vaşinqtonda baş tutacaq.

Görüşdə İsrailin Qəzzada həyata keçirdiyi əməliyyat, regionda humanitar addımlar və Livanda “Hizbullah”la bağlı gərginlik müzakirə ediləcək.

Yoav Qallant sonuncu dəfə bu ilin martında Vaşinqtonda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə