Ukrayna əsgərləri rus komandirini əsir götürüblər...

Bu, rus bölmələrinin rotasiyası zamanı baş verib

Bu arada Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri 11-ci Ordu Korpusunun batalyonlarından birinin “Basist” təxəllüslü tabor komandirini əsir götürüblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu, rus bölmələrinin rotasiyası zamanı baş verib.

“Censor.NET” agentliyi xəbər verir ki, bu barədə Xarkov qarnizonunun rəisi, briqada generalı Sergey Melnik bildirib.

Deyilənlərə görə, əsir düşən hərbçi təbliğata boyun əyərək, pul qazanmaq ümidi ilə müharibəyə getdiyini söyləyib. Onun dediyinə görə, müharibədəki aylıq qazancı 600 min rubl pul imiş.

Yeri gəlmişkən, Melnik təkcə bir rus zabitinin deyil, bir neçəsinin əsir düşdüyünü də bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə