ABŞ NATO xaricində əsas müttəfiqindən danışıb

...Keniya Şimali Atlantika Alyansı xaricində ABŞ-ın əsas müttəfiqidir.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri Amerika prezidenti Cozef Bayden deyib.

...Mən bununla Keniyanı xarici yardım qanunu və Silah İxracına Nəzarət Aktının məqsədləri üçün ABŞ-ın əsas qeyri-NATO müttəfiqi olduğunu bəyan edirəm.

Bunu deyən Bayden əlavə edib ki, hazırda ABŞ-ın NATO-dan kənar əsas müttəfiqlərinə , 20 ölkə, o cümlədən İsrail, Misir, Argentina, Pakistan, Cənubi Koreya, Yaponiya, Tayvan və Qətər daxildir.

Xatırladaq ki, 2022-ci ilin sentyabrında Bayden Əfqanıstanın 2012-ci il statusunu ləğv edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə