Krımda dinc həyat olmayacaq…

Bunu Zelenskinin ofisi bildirib

...Krım böyük hərbi düşərgədir, burada dinc həyat olmamalıdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Yarımadada çoxlu sayda hərbi anbar və digər hərbi hədəflər var. Krımda hər hansı çimərliklər, turizm zonaları və digər uydurma dinc həyat əlamətləri var və ola da bilməz.

Podolyak bunu Teleqram kanalında yazıb.

Onun bəyanatı Ukrayna Silahlı Qüvvələrinin ötən günkü Sevastopol hücumu fonunda verilib.

Belə ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Amerikanın dörd ATACMS raketini vurub, beşincisi isə uçuş yolundan yayınıb.

Və onun döyüş başlığı şəhərin üzərində partlayaraq, sursatların bir hissəsi Üçkuevka çimərliyinə düşüb.

...Məlum olduğu kimi, dörd nəfər ölüb, 151 nəfər isə yaralanıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə