Yaralı ruslar müalicə üçün Belarusa göndəriləcək..?

Lukaşenko Ukraynada yaralanan rus işğalçılarını reabilitasiya üçün Belarusa göndərməyi təklif edib

...Aleksandr Lukaşenko Ukraynada yaralanan və ya əlil olan rusiyalı hərbçilərin reabilitasiya üçün Belarusa göndərilməsini təklif edib.

SİA BELTA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko danışıb.

Lukaşenko ilə Drozdenko arasında Minskdə keçirilən görüşdə Belarus kurortlarının potensialından təkcə Leninqrad vilayətinin sakinləri üçün deyil, həm də Ukrayna müharibəsi zamanı əlillik və ya xəsarətlərlə bağlı reabilitasiyaya ehtiyacı olanlar üçün istifadə edilməsi müzakirə olunub.

Bunu Rusiya qubernatoru bildirib.

...Aleksandr Qriqoryeviç bir təklif etdi: imkanlarımıza baxaq, biz burada kömək və dəstək verməyə hazırıq.

Bunu deyən Drozdenkonun sözlərinə görə, ərləri və ataları Ukraynada döyüşlərdə iştirak edən Leninqrad vilayətindən olan uşaqlı ailələr artıq Belarusa səfər edirlər. Bu səfərlər ictimai təşkilatların razılığı və Belarus Daxili İşlər Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

...Onlar, yəni rus ailələri artıq Minskdədirlər, sabah Xatına gedirlər. Rəylər çox müsbətdir. Deyirlər ki, elə bil qohumlarımızın yanına gəlmişik. Bizi çox isti qarşılayırlar.

Drozdenko danışır.

...Və o, reabilitasiya üçün nə qədər rusiyalı hərbçinin Belarusa gələ biləcəyini dəqiqləşdirməyib. Bundan əlavə, müharibədə yaralanan rusların sayı heç vaxt rəsmi olaraq açıqlanmayıb.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı iyunun 24-nə Rusiya tərəfinin ümumi itkilərini (ölən və yaralananlar) 535 660 nəfər hesab edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə