“Rusiya sistemi hərbi gücə əsaslanır və cəmiyyəti avropalı deyil...”

Orban Moskva ilə təcili danışıqlara çağırıb

...Macarıstanın Avropa İttifaqı Şurasına sədrliyi başlamazdan əvvəl baş nazir Viktor Orban Ukraynada dərhal atəşkəsə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri NTV yayıb.

Eyni zamanda o, ABŞ prezidentinə təşəbbüs göstərməyi və “qulaq asın, sabah səhər biz qətli dayandırıb danışıqlara başlayacağıq” deməsini təklif edib.

Amma maraqlıdır ki, o, Rusiya prezidenti Vladimir Putinin sülh danışıqlarının şərti kimi tələb etdiyi kimi, Ukraynanın ərazilərindən imtina etməli olub-olmayacağı sualını açıq qoyub.

Orban etiraf edib ki, Moskvanın reaksiyasının necə olacağını bilmir.

...Biz heç vaxt cəhd etməmişik. Bu, mənim Donald Trampın tərəfdarı olmağımın başqa səbəbidir.

Bu da maraqlıdır ki, Orban bunu keçmiş Amerika dövlət başçısının mümkün ikinci prezidentliyinə toxunaraq deyib.

Onun sözlərinə görə, məqsəd atəşkəslə manevr imkanı əldə etməkdir. Yəni hər iki tərəf, eləcə də Avropa üçün məqbul sülh yolu tapmaqdır.

BunuAlmaniya televiziya kanalı onun dediklərinə istinadən qeyd edir.

...Axı biz “dinc yaşaya biləcəyimiz yeni Avropa təhlükəsizlik arxitekturasından” danışırıq. Rusiya haqqında heç bir illüziyaya ehtiyac yoxdur, onun sistemi hərbi gücə əsaslanır və cəmiyyəti avropalı deyil. Ancaq Rusiya Avropanın təhlükəsizlik nizamının bir hissəsi ola bilər və olmalıdır.

Bunu deyən Macarıstan lideri, həmçinin keçmiş kansler Angela Merkel hakimiyyətdə qalsaydı, müharibənin baş verməyəcəyinə inamını da ifadə edib.

...O, Krımın Rusiya tərəfindən işğalından sonra etdiklərini edəcək: münaqişəni beynəlmiləlləşdirməkdənsə, onu təcrid edəcəkdi.

Orban deyib bunu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə