Ərdoğan yaxın günlərdə Astanada Putinlə görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Astanada rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Habertürk” telekanalına açıqlamasında bildirib.

“Yaxın günlərdə prezidentimizlə Putinin Qazaxıstanda görüşü baş tuta bilər”, - nazir vurğulayıb.

Kremlin mətbuat katibi Dmitri Peskov isə Rusiya mediasına açıqlamasında bildirib ki, iki ölkə prezidenti arasında Astanada görüşün mümkünlüyü nəzərdən keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə