Rusiya Federasiyasında 30-dan çox neft zavodu və bazası vurulub

Ukrayna Təhlükəsizlik Xidmətinin "A" Xüsusi Əməliyyat Mərkəzi, neft emalı zavodlarını, bazalarını və terminallarını hədəfə alaraq Rusiyanın iqtisadi potensialını məhv etməyə çalışır.

SİA-nın əldə etdiyi məlumata görə, bu günə kimi 30 belə obyektə ziyan dəyib.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Təhlükəsizlik Xidməti xüsusi təyinatlılarının əsgərlərinin yaradılmasının 30 illiyi münasibətilə təbrikində qeyd edib.

...O qeyd edib ki, Ukrayna Təhlükəsizlik Xidməti döyüşçüləri həm Kiyevin müdafiəsində, həm Donetsk və Xarkov vilayətlərində gedən döyüşlərdə, həm də Rusiya Federasiyası ərazisində keçirilən xüsusi əməliyyatlarda özlərini sübut ediblər.

Ukrayna Təhlükəsizlik Xidməti dronları üçün min kilometr məsafə belə problem deyil. Ukrayna Silahlı Qüvvələrinin və kəşfiyyatımızın uğurları ilə birlikdə bunlar çox mühüm nəticələrdir.

Zelenski qeyd edib bunu.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə