Zelenski Avropa Şurasının sammitində iştirak edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 27-də Brüsseldə keçiriləcək Avropa Şurasının sammitinin birinci günündə iştirak edəcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki,v bu barədə “Politico” nəşri Avropa İttifaqı nümayəndəsinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, səfər Ukrayna ilə bağlı bir sıra Avropa təşəbbüsləri, o cümlədən iyunun 25-nə planlaşdırılan Aİ-yə daxil olmaq üzrə danışıqların rəsmi başlanması ilə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə