Kanadada meşə yanğınları səbəbindən həbsxana təxliyə edilib

Kanadanın Kvebek əyalətinin Kot-Nord bölgəsindəki “Port-kartier” yüksək təhlükəsizlikli həbsxanasında meşə yanğınları səbəbindən məhbuslar təxliyə edilib.

SİA-nın əldə etdiyi məlumata görə, Kanada Cəzaçəkmə Müəssisəsinin rəsmiləri, Kvebek əyalətində günlərdir davam edən meşə yanğınları səbəbindən cümə günü Kot-Nord bölgəsində fövqəladə vəziyyət elan edildiyini açıqladı.

Səlahiyyətlilər “Port-kartier” yüksək təhlükəsizlikli həbsxanasındakı məhbusların yanğınlarla əlaqədar müxtəlif həbsxanalara göndərildiyini açıqlayıb və məhbusların təhvil verilməsi üçün lazımi tədbirlərin görüldüyünü qeyd edərək, təxminən 1000 rayon sakininin təxliyə olunacağını bildiriblər.

Meşə yanğınlarının bölgəyə təsir etməkdə davam etdiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə