Kiyev Moskva ilə nə qədər döyüşə bilər..?

Ukrayna Rusiyaya sübut etməlidir ki, Moskva qədər döyüşə bilər.

SİA TASS-a istinadən xəbər verir ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Kiyevi bunu etməyə çağırıb.

...Biz hesab edirik ki, Ukrayna Rusiyaya nümayiş etdirməlidir ki, Rusiya işğalını davam etdirməyə qərar verərsə, bu döyüşü davam etdirə bilər.

Dövlət Departamentinin rəsmisi bildirib.

Bu baxımdan, O`Brayenin fikrincə, Ukrayna qoşunları "şərqdə döyüş meydanını saxlamalıdırlar".

Bundan əvvəl NATO-nun Moskvadakı hərbi missiyasının keçmiş qərargah rəisi Harri Tabax Amerika rəhbərliyinin hərəkətləri səbəbindən Ukraynanın ləng tükənəcəyini proqnozlaşdırmışdı. Onun sözlərinə görə, döyüşün nə qədər davam edəcəyini məhz bu həll edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə