Fryazin şəhərində iki nəfər yanğının qurbanı olub

Fryazinoda inzibati binada baş verən yanğında iki nəfər həlak olub. Yanğın təxminən dörd min kvadratmetr sahəsi olan iki mərtəbəni əhatə edib. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Telegram-da bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yanğınsöndürənlər alovu söndürməyə davam edir, 12 təcili yardım briqadası hadisə yerindədir.

…Son məlumatlara görə, binada partlayış baş verib. Dəqiq nəyin partladığı aydınlaşdırılır. Bundan əlavə, tikililər dağılıb ki, bu da qatı tüstü ilə birləşərək xilasedicilərin işini çətinləşdirir.

Yanğının söndürülməsi üçün Moskva Aviasiya Mərkəzindən Ka-32 helikopteri gətirilib. Yanğın barədə bazar ertəsi daha əvvəl məlumat verilib.

İlkin hesabatlar “Platan” Araşdırma İnstitutuna istinad edib. Lakin “Ruselectronics” holdinqinin mətbuat xidməti bu məlumatı təkzib edib.

TASS xəbər verir ki, onlar dəqiqləşdiriblər ki, bina Müdafiə Sənayesi Elmi-Tədqiqat İnstitutuna aid deyil - o, 1990-cı illərin sonunda şəxsi mülkiyyətə keçib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə