İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın hədəflərinə yenidən zərbələr endirib. SİA xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail əsgərləri “Hizbullah”ın Aytarun bölgəsindəki hərbi obyektlərinə, həmçinin Kfarkela və Xiam bölgələrindəki hərbi infrastrukturuna zərbələr endirib.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adlı hərbi əməliyyata başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə