Dağıstanda baş verən hücumlarda həlak olan polislərin sayı 15-i keçib

Rusiya Dağıstan Muxtar Respublikasının prezidenti Sergey Melikov Mahaçqala şəhərində silahlı hücumda həyatını itirən polis əməkdaşlarının sayının 15-i keçdiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Dağıstan Muxtar Respublikasının Prezidenti Sergey Melikov Telegram kanalında Mahaçqala və Dərbənd şəhərlərində polis postu, sinaqoq və iki kilsənin hədəf alındığı hücumlarla bağlı açıqlama verib.
Mahaçqala və Dərbənd şəhərlərində antiterror əməliyyatının aktiv mərhələsinin başa çatdığını bildirən Məlikov, hücumları təşkil edən 6 yaraqlının zərərsizləşdirildiyini bildirib. Rusiya İstintaq Komitəsinin verdiyi açıqlamada hücumların terror aktı kimi qiymətləndirildiyi və hadisə ilə bağlı araşdırmaların başladığı bildirilib.

Qeyd olunub ki, Dərbənddə sinaqoqda baş verən hücum nəticəsində baş verən yanğın da söndürülüb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə