Dağıstandakı hücumların arxasında kim ola bilər..?

Müharibənin Tədqiqi İnstitutunun mütəxəssislərinin ehtimalı...

Dünən, iyunun 23-də Dağıstan Respublikasında kilsələrə, sinaqoqlara və hüquq-mühafizə orqanlarına qarşı kompleks və koordinasiyalı hücumu İslam Dövlətinin “Qafqaz Vilayəti” adlı Şimali Qafqaz qolu həyata keçirib.

Dağıstanda baş verən hadisələri bu cür qiymətləndirən Müharibənin Tədqiqi İnstitutunun analitikləri Dərbənd və Mahaçqalada pravoslav kilsəsinə və iki sinaqoqa hücumu, naməlum şəxslərin atəş açmasını şərh edərkən veriblər.

...Müharibənin Tədqiqi İnstitutunun mütəxəssisləri vurğulayırlar ki, iyunun 23-də bu hücumun başlanmasından sonra Vilayət Xorasan təşkilatının (İslam Dövlətinin qollarından biri – A.B.) resursu olan Medianın Rusiya bölməsi bəyanat yayıb. Burada o, “Qafqazdan olan qardaşlarını” nəyə qadir olduqlarını nümayiş etdirdiklərinə görə tərifləyib.

...Və eyni zamanda, Əl-Əzaim hücuma görə məsuliyyəti öz üzərinə götürməyib və Qafqazın xatırladılması inandırıcı şəkildə onu göstərir ki, hücuma görə məsuliyyət daşıyan “Qafqaz Vilayəti” olub.

SİA-nın əldə etdiyi məlumata görə, bunu da Müharibənin Tədqiqi İnstitutu iddia edir.

Onlar həmçinin xatırladıblar ki, Şanxay Əməkdaşlıq Təşkilatının Rusiya Federasiyasının da daxil olduğu Regional Antiterror Strukturu “Qafqaz Vilayəti” təşkilatının martın 22-də Vilayət Xorasanının Crocus City Hall-a hücumundan sonra fəallaşdığına dair xüsusi xəbərdarlıq edib

Müharibənin Tədqiqi İnstitutunun analitikləri vurğulayırlar ki, Rusiya hakimiyyəti 2024-cü ilin martından bəri İslam Dövlətinin və “Qafqaz Vilayəti” strukturlarının artan təsiri ilə mübarizə aparmaq üçün Şimali Qafqazda “ləng” antiterror əməliyyatı keçirməyə çalışır.

Halbuki, Crocus City Hall-a hücumdan sonra Rusiya hakimiyyətinin səyləri və reaksiyası bunun əvəzinə əsassız olaraq hücuma görə Ukrayna və NATO-nu ittiham etməyə yönəlmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə