71 yaşlı qadın gözəllik yarışmasına qatılır

71 yaşlı Marissa Teijo gözəllik müsabiqəsinin ən yaşlı iştirakçısı kimi tarixə düşəcək. Marissa Hyustonda Miss Texas ABŞ müsabiqəsində yarışan digər iştirakçılara qoşulub. SİA xəbər verir ki, qalib Texası Miss USA müsabiqəsində təmsil edəcək.

"Miss Universe" təşkilatı bu yaxınlarda qaydaları dəyişərək 18 yaşdan yuxarı müsabiqə iştirakçıları üçün yaş məhdudiyyətlərini aradan qaldırıb və gözəllik müsabiqəsində evli, boşanmış və hamilə qadınların iştirakına icazə verib.

71 yaşlı Marissa Teijo İnstaqram səhifəsində müsabiqədə iştirakından həyəcanlandığını və bunun "qadınları fiziki və əqli cəhətdən ən yaxşı olmağa və hər yaşda gözəllik olduğuna inanmağa ruhlandıracağına" ümid etdiyini yazıb.

Qeyd edək ki, gözəllik yarışması 2 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə