Çexiyada Avropanın ən uzun qədim kurqanı aşkarlandı

Arxeoloqlar Çexiyada Avropanın ən uzun qədim kurqanını aşkar ediblər. SİA xəbər verir ki, uzunluğu təqribən 190 metr, eni 15 metr olan kurqan yolda aparılan təmir işləri zamanı aşkar edilib.

Qədim kurqanın yer üstü hissəsi, ehtimal ki, kənd təsərrüfatı işləri nəticəsində dağıdılıb. Alimlər komandası kurqanın girişini də aşkarlamağa nail olublar.

Arxeoloqlar iki əsas və 28 əlavə məzar aşkar ediblər. Onların yaşı ən azı 5 300 ildir. Dəfnlərin inventarları Çexiya və Polşadakı oxşar abidələrə uyğundur.

Bütün xəbərlər Facebook səhifəmizdə