Şimali Makedoniya parlamenti yeni hökuməti təsdiqləyib

Şimali Makedoniya parlamenti Baş nazir Kristian Miskoskinin yeni hökumətini təsdiqləyib. SİA xəbər verir ki, bu barədə “Reuters” xəbər yayıb.

Məlumata görə, Baş nazir Kristian Mikkoskinin hökumətinin lehinə 76, əleyhinə isə 22 deputat səs verib.

Qeyd edək ki, mayın 9-da Şimali Makedoniyada keçirilən parlament seçkilərində ən böyük müxalifət partiyası olan Makedoniya Daxili İnqilab Təşkilatının - Makedoniya Milli Birliyi Demokratik Partiyası Kristian Mikkoskinin rəhbərliyi ilə “Sizin Makedoniya” koalisiyası qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə