Mahaçqalada kilsənin yaxınlığında yenidən atışma eşidilir

Mahaçqalada kilsənin yaxınlığında yenidən atışma eşidilir

...Mahaçqalada kilsənin yaxınlığında atışma yenidən başlayıb, bina yanır, ərazidən tüstü lələkləri görünür.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu hazırda hadisə yerində işləyən “İzvestiya”nın müxbiri Murad Maqomedov bildirib.

Onun sözlərinə görə, bir qədər əvvəl Dağıstanın İctimai Nəzarət Komissiyasının sədri Şamil Xadulayevin bildirdiyi sakitlikdən sonra yenidən atəş səsləri eşidilməyə başlayıb.

...Kilsə ərazisində yenidən atışma eşidilir. Tüstü hələ də çıxır, orada hələ də hər hansı yaraqlının sağ olub-olmadığı bəlli deyil. Ola bilsin ki, təmizlik işləri gedir. Aydın deyil, amma atışma var.

Bunu Murad Maqomedov bildirib.

…Hadisə şahidləri deyirlər ki, hücum edənlər əllərində pulemyot olub və yol polisi maşınlarına atəş açıblar. Sinaqoqun yandığı yerdə yanğınsöndürənlər geri çağırılıb, çünki binada terrorçular ola bilər.

Dağıstanın Daxili İşlər Nazirliyi girovlarla bağlı məlumatları təkzib edir.

Respublikada antiterror əməliyyatı rejimi elan edilib. Faktla bağlı terror aktı maddəsi ilə cinayət işi başlanıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə