Berlinin keçmiş Tegel Hava Limanı 2022-ci ildə qaçqınlar üçün mərkəzə çevrilib.
...O vaxt çadır şəhərciyi ilkin qəbul məntəqəsi kimi düşünülmüşdü ki, burada qaçqınlar qeydiyyata alınana və lazımi qaydada başqa yerdə yerləşdirilənə qədər maksimum bir neçə gün keçirə bilsinlər. Lakin Berlində mənzil çatışmazlığı və kirayə qiymətlərinin artması səbəbindən müvəqqəti qalma daimi oldu.
SİA-nın əldə etdiyi məlumata görə, bunu İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti yazır.
Deyilənlərə görə, hazırda Tegel hava limanının düşərgəsində 5 minə yaxın qadın, kişi və uşaq yaşayır: 4 min ukraynalı, qalanları sə Türkiyə, Əfqanıstan, İraq, Gürcüstan və Vyetnam kimi ölkələrdən gələnlərdir.
...Yenə də deyilənlərə görə, ibtidai sığınacaqda qalma müddəti orta hesabla 200 gündür, lakin İsveçrə qəzetinin qeyd etdiyi kimi, bəzi insanlar burada iki ildən artıqdır ki, yaşayırlar.
...Ukraynada münaqişə başlayandan keçmiş paytaxtın hava limanı “Almaniyanın ən böyük qaçqın düşərgəsinə” çevrilib.
Düşərgə 10 və ya 14 çarpayılıq otaqlardan ibarətdir, yaşayış sahəsinin maksimum ölçüsü 35 m²-dən çox deyil. "Divarlar plastikdən hazırlanmışdır və açıqdır. Səs-küydən isə ağız deyəni qulaq eşitmir.
O vaxt, mart ayında baş verən yanğınla əlaqədar yataqlar arasında vizual ayırma təmin edən pərdələrə icazə verilmir. Gigiyenik nöqteyi-nəzərdən də Tegeldə vəziyyət çətindir
Qaçqın düşərgəsi Almaniya Qızıl Xaç Cəmiyyəti tərəfindən idarə olunur. Düşərgəni idarə etmək xərcləri inanılmaz dərəcədə yüksəkdir.
...Tegel Gəliş Mərkəzində bir nəfər üçün bir günlük qalmaq 200 avroya başa gəlir. “Neue Zürcher Zeitung” hesablayır ki, bu, 5 min nəfərin hamısı üçün ayda adambaşına 6 min, ayda isə 30 milyon edir.
...İsveçrə qəzeti yazır ki, burada qaçqınlar bahalı mənzillərinə nemət kimi deyil, daha çox fəlakət kimi baxırlar. Bundan əlavə onlar hər şeydən, pis yeməkdən, həkim çatışmazlığından, alman dilinin qeyri-peşəkar tədrisindən şikayətlənirlər.
Məsələ bundadır ki, ukraynalı qaçqınlara alman dilini öyrədən ərəblər nə ukraynaca, nə də rusca danışa bilmirlər.
...Xəstəliklə bağlı müraciət edənlərə isə, su içmək məsləhət görülür.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB