Rayon rəhbəri sakinləri panikaya düşməməyə çağırıb

Şimali Osetiyanın təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejiminə keçib
Rayon rəhbəri sakinləri panikaya düşməməyə çağırıb

...Dağıstanda baş verən hadisələrlə əlaqədar Şimali Osetiyanın təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejiminə keçib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə respublikanın rəhbəri Sergey Menyailo məlumat verib.

Onun sözlərinə görə, ictimai yerlərin, ticarət mərkəzlərinin və sosial müəssisələrin mühafizəsinin gücləndirilməsi barədə göstəriş verilib.

Menyailo həmçinin respublika sakinlərini sakit olmağa və panikaya düşməməyə çağırıb. Onun sözlərinə görə, “təxribatçılar dəstəsinin” məqsədi Qafqazda sülhü pozmaq, xalqlar və dinlər arasında düşmənçilik toxumu səpməkdir.

Artıq məlum olduğu kimi, bazar günü axşam saatlarında naməlum şəxslər Mahaçqala və Dərbənddə iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna silahlı basqın ediblər. Faktla bağlı Rusiya İstintaq Komitəsi “Terror aktı” maddəsi ilə cinayət işi açıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə