...Ruslar Krımı nəhəng hərbi bazaya çevirmək üçün ələ keçiriblər. Bu, onlara Ukraynanın cənub sahillərinin əksəriyyətinə nəzarət etməyə imkan verir.
SİA-nın əldə etdiyi məlumata görə, “The Philadelphia Inquirer” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
Budanovun sözlərinə görə, Krım yarımadasındakı rusların təchizatı kəsilsə, bu, onları tabe olmağa məcbur edəcək.
Baş Kəşfiyyat İdarəsinin rəisi ABŞ-ın Avropadakı ordusunun keçmiş komandanı Ben Hodcesin bunu Putinin müdafiəyə keşməyin açarı olacağı fikri ilə razılaşır.
Bu, Putini müdafiəyə qoymaq üçün açar olacaq.!?
…Mən general Hocesin fikrini tamamilə bölüşürəm. Ona görə də bunu həyata keçirmək üçün hər şeyi etməliyik.
Bunu bildirən Budanov hesab edir ki, ABŞ-ın Ukraynaya ötürdüyü uzaqmənzilli ATACMS raketləri sonda Krım körpüsünü məhv edə bilər.
ATACMS-in işi görmək üçün kifayət qədər güclü olmadığını söyləyənlər yanılırlar.
Onlar texniki təlimatları oxumalıdırlar. Yeganə sual onların miqdarıdır, lakin prinsipcə, bu raketlər bizə belə bir missiyanı yerinə yetirməyə imkan verəcək.
Bunu da Budanov bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB