Putinin səfərindən sonra Vyetnam ABŞ-ı strateji tərəfdaş adlandırıb

Vyetnam xarici işlər naziri Buy Txan Şon Amerika Birləşmiş Ştatlarını öz dövlətinin strateji tərəfdaşı adlandırıb. O, bunu ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink Hanoyda səfəri zamanı deyib.

SİA-nın əldə etdiyi məlumata görə, Amerika rəsmisinin səfəri Rusiya prezidenti Vladimir Putinin Vyetnama səfərindən dərhal sonra baş tutub.

...Vyetnam xarici işlər naziri ABŞ Dövlət Departamentinə iki ölkənin xarici işlər nazirlərinin mart ayında Vaşinqtonda baş tutan ilk görüşünə şərait yaratdığına görə təşəkkür edib. O, Vyetnamın ABŞ-ı strateji əhəmiyyətli tərəfdaş hesab etməkdə davam etdiyini və regionda, bütün dünyada sülh, sabitlik, əməkdaşlıq eləcə də inkişafı təşviq etmək üçün onunla işləməyə hazır olduğunu bir daha vurğulayıb.

Amerikalı rəsmi öz növbəsində bildirib ki, Birləşmiş Ştatlar müstəqil və güclü Vyetnamı dəstəkləməkdə, ticarət və investisiyalardan tutmuş təhlükəsizliyə qədər sahələrdə əməkdaşlıqda maraqlıdır.

Rəsmilər ikitərəfli münasibətlərin inkişafı üçün konkret istiqamətləri müzakirə ediblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə