Abxaziyanın Rusiya ilə sərhədində atışma olub

Abxaziyada iki yerdə - Rusiya ilə sərhəddə və Yeni Atosda atışma olub.

SİA xəbər verir ki, bu barədə fövqəladə hadisə yerindən foto və videoları dərc edən Respublika Telegram kanalı məlumat yayıb.

...Sərhəddə Psou çayı boyunca atışma olub. Ölənlər və yaralananlar var. Yeni Athosda da atışma olub. Ladariya adlı Abxaziya vətəndaşı yaralanıb.

Bunu telekanal xəbər verir.

Qeyd edək ki, bundan əvvəl Dərbənd və Mahaçqala şəhərlərində də polislə atışma olduğu, ilkin məlumatlara görə, orada da ölənlərin olduğu bildirilir.

Bütün bu hadisələrin bir-biri ilə əlaqəli olub-olmadığı aydın deyil.

Təhlükəsizlik qüvvələri və səlahiyyətlilərdən hələ ki, rəsmi şərh yoxdur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə