Polis əməkdaşlarına hücumdan sonra operativ qərargah yaradılıb

...Dərbənd və Mahaçqalada naməlum şəxslərin polis əməkdaşlarına hücumundan sonra Dağıstanda əməliyyat qərargahı yaradılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə respublikanın rəhbəri Sergey Melikov bildirib.

O qeyd edib ki, Dərbənd və Mahaçqalada baş verənlər sosial vəziyyəti sabitləşdirmək cəhdidir.

...Operativ qərargah yaradılıb, respublika sakinlərinin təhlükəsizliyi naminə bütün lazımi qərarlar vaxtında qəbul ediləcək.

Melikov bunu Telegram kanalında yazıb.

Qeyd edək ki, bundan əvvəl Mahaçqalada yol polisi postuna hücum nəticəsində bir polisin öldüyü, daha 6 zabitin yaralandığı bildirilirdi.

İyunun 23-də də Dərbənddə kilsə və sinaqoqa hücum barədə məlumat yayılıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə