Mahaçqalada yol polisi postuna hücum...

...bir zabit həlak olub, altısı yaralanıb

...Mahaçqalada naməlum şəxslərin yol polisi postuna hücumu nəticəsində 1 zabit həlak olub, 6 nəfər yaralanıb.

...Mülki əhali arasında ölən və ya itki yoxdur. Məlumat ilkindir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti Telegram-da yazır.

Bundan əvvəl Mahaçqala şəhərində naməlum şəxslərin yol polisi postuna atəş açması nəticəsində bir polis əməkdaşının yaralandığı barədə məlumat yayılmışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə