“Sevastopoldakı zərərçəkənlərə Moskvadan həkimlər göndərilib...”

Moskva meri Sergey Sobyanin, Ukrayna Silahlı Qüvvələrinin Sevastopola endirdiyi zərbə nəticəsində yaralananlara kömək üçün paytaxt xəstəxanalarından həkimlərin göndərildiyini bildirib.

...Biz bütün lazımi yardımı göstərmək üçün Moskva həkimlərini göndəririk, Moskva klinikaları qurbanları qəbul etməyə hazırdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, mer bunu Telegram-da yazıb.

O, həmçinin həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Bir daha xatırladaq ki, son məlumatlara görə, Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində 124 nəfər, o cümlədən 27 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Beş nəfər, üç uşaq və iki böyük həlak olub.

Beş uşağın reanimasiyada olduğu qeyd edilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə