Əsas odur ki, zərərçəkənlərə bütün lazımi köməklik göstərilsin...

Putin Sevastopoldakı terror aktından sonra sosial blokun rəhbərliyi ilə əlaqə saxlayır

Rusiya prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Sevastopolda törətdiyi terror aktından sonra hərbçilər və sosial blokun, eləcə də səhiyyənin rəhbərliyi ilə daimi əlaqə saxlayır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib. ...Prezident sosial blokun və səhiyyənin rəhbərliyi ilə daim təmasdadır. İndi əsas odur ki, zərərçəkənlərə bütün lazımi köməklik göstərilsin. Prezident həm də hərbçilərlə daim təmasdadır.

Peskov vurğulayıb bunu.

Kreml nümayəndəsi qeyd edib ki, hazırda ən vacibi Ukraynanın Sevastopol sahillərini atəşə tutması zamanı yaralananlara yardım göstərməkdir.

Rusiya Federasiyası Səhiyyə Nazirliyinin məlumatına görə, ukraynalı silahlıların Sevastopol şəhərini atəşə tutması nəticəsində 27-si uşaq olmaqla 124 nəfər yaralanıb.

Sevastopolda sahildə törədilən terror aktı qurbanlarının sayı üçü uşaq olmaqla beşə çatıb.

Bu barədə qubernator Mixail Razvojayev məlumat verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə