Ruslar Xarkovda yaşayış məntəqəsi və məktəbi vurublar...

Şəhərdə metro dayanıb

...Rusiya Federasiyası Xarkov şəhərində yaşayış məntəqəsini və məktəbi vurub. Hücum nəticəsində 1 ölü və 11 yaralının olduğu artıq məlumdur.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Xarkov vilayəti üzrə Baş İdarəsinin Telegram kanalı bildirib.

Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, düşmən Xarkov şəhərinin iki rayonunu atəşə tutub. Zərbələrdən biri nəticəsində fərdi yaşayış sahəsinə məxsus iki yardımçı tikili və bir qaraj yanıb.

Orada xilasedicilər tez bir zamanda yanğını söndürüblər. Başqa ünvanda isə təhsil müəssisəsinin binasını vurublar. Bina qismən dağılıb. Orada yaxınlıqdakı çoxmərtəbəli yaşayış binalarına və avtomobillərə ziyan dəyib.

Prokurorluğun məlumatına görə, Xarkovda müəssisənin ərazisinə iki aviabomba düşüb.

...73 yaşlı kişinin öldüyü də məlum olub. İkisi uşaq olmaqla 11 nəfər yaralanıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə