Ermənistanın “Ararat Resort” otel kompleksinin nəzarət-buraxılış məntəqəsində qaz sızması nəticəsində partlayış baş verib. SİA xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində təhlükəsizlik işçisi yaralanıb.
Hadisə iyunun 23-də səhər saat 07:30 radələrində baş verib. Oteldən qeyd ediblər ki, xəsarət alan işçinin 39 yaşı var və İrəvandakı Milli Yanıq Mərkəzinə aparılıb.
Partlayış nəticəsində məntəqənin şüşələri sınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB