Ağ Ev Netanyahunun gələcək çıxışından narahatdır...

Ağ Ev İsrailin baş naziri Benyamin Netanyahunun iyulun 24-də Konqresdəki çıxışı zamanı ABŞ prezidenti Cozef Baydeni tənqid etmək üçün istifadə edəcəyindən ehtiyat edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Politico” qəzeti amerikalı rəsmilərə istinadən yazıb.

...Hazırda heç kim onun nə deyəcəyini bilmir.

Bunu ABŞ administrasiyasının rəsmilərindən biri nəşrə deyib.

Digər bir məmur bildirib ki, İsrail baş nazirinin iyunun 18-də ABŞ-ın İsrailə silah tədarükünü məhdudlaşdırmaq qərarını ağlasığmaz adlandırdığı videomüraciət də “vəziyyəti asanlaşdırmadı”.

...Politico xəbər verir ki, Baydenin köməkçiləri Netanyahunun açıqlamalarından məyus olublar. Onlar hesab edirlər ki, yəhudi dövlətinin baş naziri hakimiyyəti saxlamaq üçün münaqişəni uzadır və eyni zamanda Baydenin yenidən prezident seçilməsindənsə, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ağ Evə qayıdışına üstünlük verəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə