Rusiya XİN Enerqodarın atəşə tutulması fonunda bəyanat yayıb

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Enerqodarın növbəti dəfə atəşə tutulması fonunda bildirib ki, Rusiya Ukraynanı enerji obyektlərinə hücum imkanından məhrum etmək üçün tədbirlər görəcək.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Zaporojye atom elektrik stansiyasına və digər enerji obyektlərinə sistematik hücumları ölkə iqtisadiyyatına ziyan vurmaq eləcə də bütövlükdə nüvə təhlükəsizliyinə xələl gətirə biləcək texnogen qəza riskləri yaratmaq meylinin sübutudur.

...Ölkəmiz Zelenski rejiminin danışıqlara tam qadir olmadığını anlayaraq, Kiyev rejimini bu cür hücumlar etmək imkanından məhrum etmək üçün ona qarşı bütün lazımi tədbirləri görəcək.

SİA-nın əldə etdiyi məlumata görə, Zaxarova bildirib bunu.

Əvvəllər Zaporojye AES-in infrastruktur obyektlərinin fəaliyyəti Ukrayna Silahlı Qüvvələrinin “Raduqa” yarımstansiyasına hücumu səbəbindən pozulub.

Sonradan Enerqodarın elektrik enerjisi təchizatı tam bərpa edilib.

Zaporojye AES-nin kommunikasiyalar üzrə direktoru Yevgeniya Yaşina bildirib ki, MAQATE müfəttişlərinə Ukrayna Silahlı Qüvvələrinin Zaporojye AES-in Enerqodar peyk şəhərindəki “Raduqa” yarımstansiyasına hücumu barədə məlumat verilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə