Rusiyanın “dostu”, Rusiyanın “düşməni”nə silah satır..?

...Serbiyadan üçüncü şəxslər vasitəsilə Ukraynaya çatan sursat ixracının həcmi hesablamalara görə təxminən 800 milyon avro təşkil edib.

SİA xəbər verir ki, məlumat “Financial Times” tərəfindən nəşr edilib.

Serbiya prezidenti Aleksandar Vuçiç bu rəqəmin “təxmini rəqəmlərə” uyğun olduğunu təsdiqləyərək nəşrə bildirib ki, məbləğ “bəlkə iki və ya üç ildir, buna bənzər bir şeydir”.

O vurğulayıb ki, sursat satışı biznes fürsəti və Serbiyanın iqtisadi dirçəlişinin bir hissəsidir.

Vuçiç Serbiyanın istehsal etdiyi silahların Qərb silahlarından daha ucuz olması səbəbindən böyük imkana malik olduğunu qeyd edərək, Serbiyanın sursat ixracının ümumi həcminin arta biləcəyini bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə