Belqorod yaxınlığında rusların "Pantsir-S1"-i məhv edilib...

Belqorod yaxınlığında Rusiyanın “Pantsir-S1” özüyeriyən zenit-raket və silah sistemi (ZRPK) məhv edilib.

SİA Dialoq.UA-a istinadən xəbər verir ki, məhv edilmə hadisə şahidləri tərəfindən lentə alınıb.

Yerli sakinlər Rusiyanın hava hücumundan müdafiə sisteminin yerləşdiyi yerdə yanğının görüntülərini nümayiş etdiriblər.

...Bu, bizim hava hücumundan müdafiə sistemimizdir. Yaxşı, indi nə edək, Olej? Onlar indi raketləri tutmayacaqlar.

Bu yayımlanan görüntülərdəndir. Rus qadın ekrandan kənarda şikayətlənib.

Yerli sakinlərin sözlərinə görə, partlayışdan sonra bütün ərazi döyüş maşınının parçalarından ibarət “yağış” altında qalıb. Hadisənin Belqoroddan cənubda və Ukrayna sərhədlərindən təxminən 30 km aralıda yerləşən Dubovoe kəndi ərazisində baş verdiyi deyilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə