Putinin KXDR və Vyetnama səfərləri amerikalıları gölməçəyə salıb..?

Rusiya prezidenti Vladimir Putinin Şimalı Koreya və Vyetnama səfərləri “amerikalıları gölməçəyə salıb”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov danışıb.

Deməli, Anatoli Antonov jurnalistlərlə söhbətində deyib ki, Vladimir Vladimiroviç Putinin Şimali Koreya və Vyetnama səfəri amerikalıları gölməçəyə salıb. Yəni amerikalıların həm diktatura siyasəti, həm də sanksiya siyasəti tamamilə iflasa uğrayıb.

Rusiyalı səfirin sözlərinə görə, bu bir daha sübut edir ki, Qlobal Cənub ölkələri Rusiya Federasiyasının gördüyü işlərə diqqət yetirir və ölkəyə əl uzadırlar.

Bundan əlavə, Antonov qeyd edib ki, amerikalı emissarlar hər dəfə nümayəndələri və Rusiya prezidentini eyni ölkələrə təqib edirlər. Onun fikrincə, onlar bunu Rusiya Federasiyasının nəyə nail olduğunu öyrənmək və müsbət nəticələri məhv etmək cəhdi üçün edirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə