Kolumbiyada bombalı hücum olub

Kolumbiyada bomba yüklü avtomobilin polis idarəsi yaxınlığında partlaması nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kolumbiya prezidenti Qustavo Petro hücumla bağlı paylaşıb edib.

Hücumun baş verdiyi bölgədə Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin keçmiş üzvlərindən ibarət Estado Mayor Mərkəzinin üzvlərinin nüfuz sahibi olduğu məlum olub. Ordu prezident Petronun göstərişi ilə bir müddətdir ki, adı çəkilən mərkəzin üzvlərinə qarşı genişmiqyaslı əməliyyatlar aparır.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə