ABŞ və daha 40 ölkənin ordusu Parisə gedir

Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı 40-a yaxın xarici ordu və polis qüvvələri asayişi qoruyacaq. SİA xəbər verir ki, bu barədə “Le Journal du Dimanche” məlumat yayıb.

Ən azı 2000 xarici polis və hərbçi idmançıları və vətəndaşları potensial təhlükələrdən qoruyacaq. Hazırda Fransaya ABŞ, Polşa, Belçika, İngiltərə, Almaniya, Danimarka, İspaniya, Litva və Niderlanddan olan hərbçilərin gedəcəyi məlumdur.

Hərbçilər və polislər ictimai asayişlə yanaşı, itlərin köməyi ilə partlayıcı maddələrin axtarışını həyata keçirəcək, həmçinin pilotsuz uçuş aparatlarından qorunacaq.

Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə