“Cəbhə xəttinə birtərəfli bilet...”

Ukraynalılar səfərbərlik səbəbindən evdən bayıra çıxmırlar...

...Ukraynalı kişilər cəbhəyə səfərbərlikdən yayınmaq ümidi ilə mənzil və evlərindən bayıra çıxmırlar.

SİA-nın əldə etdiyi məlumata görə, Bu barədə “The New York Times” ukraynalıların hekayələrini dərc edərək yazır. ...Belə ki, 45 yaşlı Kiyev sakini Vladislavın sözlərinə görə, o, hərbi patrullardan qorxaraq şəhərin mərkəzindəki idman zalına getməyi dayandırıb. Adam indi vaxtının çoxunu mənzilində keçirir, durbinlə ən yaxın metro stansiyasında hərbi xidmətə çağırış bildirişlərini paylayan zabitlərə baxır.

Nəşrin başqa bir həmsöhbəti, Lvovdan olan 28 yaşlı veb-dizayner Andrey, daimi gizlənmək cəhdləri səbəbindən artıq “bir az paranoyak” olduğunu etiraf edib.

O, hərbi xidmətə çağırışı “cəbhə xəttinə birtərəfli bilet” hesab edir.

Bir çox ukraynalı küçədə saxlanıb hərbi qəbul məntəqəsinə göndərilməmək üçün yalnız taksi gəzirlər.

Qəzet yazır ki, ukraynalılar münaqişə zamanı həlak olmaqdan qorxurlar və lazımi hərbi hazırlığa malik olmadıqları üçün orduya göndərilmək istəmirlər.

...Ötən gün Xarkov, Sumı və Odessa vilayətlərində səfərbərlik planının iki dəfə artırıldığı məlum olub.

Halbuki əvvəlki plan çətinliklə həyata keçirilirdi.

Hazırda Ukraynada səfərbərlik qaydaları daim dəyişir. 18 yaşdan 60 yaşa qədər hər kəs hərbi xidmətə çağırılır. Ölkədə ümumi səfərbərlik iki ildən artıqdır ki, davam edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə